Əliyar Ağayev üçün növbəti təyinat

Olimpsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avqustun 4-də, Rusiyanın Krasnodar şəhərindəki “Kuban” stadionunda keçiriləcək “Krasnodar” – “Birkirkara” (Malta) oyununun baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiysını Rauf Cabbarov yerinə yetirəcək.