"Valensiya"dan "Barselona"ya

"Barselona" növbəti transferini gerçəkləşdirib. Olimpsport.az-ın klubun saytına istinadən verdiyi  xəbərə görə, Kataloniya təmsilçisi "Valensiya"nın futbolçusu Andre Qomesi rənglərinə bağlayıb. 22 yaşlı yarımmüdafiəçi ilə gələn həftə rəsmi müqavilə imzalanacağı bildrilir.

Qeyd edək ki, A.Qomes ötən mövsüm La Liqada oynadığı 30 görüşdə 3 qol vurub, 3 qolun ötürməsini verib.