"Qarabağ"-"Viktoriya Plzen" görüşünün vaxtı müəyyənləşib

"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində səfərdə "Viktoriya Plzen"ə qarşı(Çexiya) keçirəcəyi ilk oyunun vaxtı müəyyənləşib. Olimpsport.az xəbər verir ki, "Doosan Arena"da keçiriləcək görüş iyulun 26-ı Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.

Qeyd edək ki, ağdamlıların  cavab görüşü  avqustun 2-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.