"Qarabağ"ın üzvü güləş millimizi qarşıladı - FOTOLAR

ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kubokundan qayıdan güləş millimizin şərəfinə qarşılanma mərasimin keçirilməsini xəbər vermişdik.

Olimpsport.az-ın məlumatına görə, gecə saatları olmasına baxmayaraq millimizi qarşılamağa gələn azarkeşlər arasında  futbol üzrə milli komandamızın və "Qarabağ" kulubunun müdafiəçisi Elvin Yunuszadə də var idi.

Qeyd edək ki, Elvin, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, millim komandanın baş məşqçisi Firdovsi Umudovun bacısı oğludu.