MOK-un rəhbəri yenidən ölkə prezidenti oldu

Azərbaycanda prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermənin ilkin nəticələri açıqlanıb.
 
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib ki, prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86,09% səslə qalib olub. İ.Əliyev daha 7 il müddətinə ölkə prezidenti olacaq. 
 
Seçkilərdə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev – 3,4%; öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc - 3,07%; Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 2,97%; Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - 1,4%; Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1,51%; Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1,18%; "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev – 0,74% səs toplayıb.
 
Azərbaycanda prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermənin 2 milyon 667 min 720 bülleten sayılıb. 3675 seçki məntəqəsi hesabat verib.
 
Seçkilərdə ölkə üzrə olan 5 milyon 314 min 365 seçicidən 3 milyon 959 min 353 nəfəri (ümumi seçicilərin 74,51 faizi) səsvermədə iştirak edib ("Report"). 
 
Qeyd edək ki, İlham Əliyev həm də Milli Olimpiya Komitəsinin (MOK) prezidentidir.