AFFA və “Neftçi” Qurban Qurbanovu təbrik etdi

AFFA və "Neftçi” klubu Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovu doğum günü münasibəti ilə təbirk ediblər.
 
Bu gün 46 yaşı tamam olan mütəxəssisə xoş sözlərini çatdırıblar.
 
Qeyd edək ki, Qurbanov 13 aprel 1972-ci ildə Zaqatalanın Aşağı Tala kəndində dünyaya gəlib. Sabiq hücumçu 1996-1998, 2001-2005-ci illər ərzində "Neftçi” formasında 96 oyun keçirib, 69 qol vurub. "Neftçi”nin heyətində Azərbaycan çempionatının (1997, 2004, 2005) və ölkə kubokunun (2004) qalibi adını qazanmış Qurbanov 1997-ci ildə Azərbaycan çempionatının ən yaxşı bombardiri olub. O, 1992-2005-ci illər ərzində Azərbaycan milli komandasının heyətində 65 oyunda 14 qol vurub. 2006/2007-ci illər mövsümündə "Neftçi”nin baş məşqçisi olmuş Qurbanov 2007-2008-ci illərdə klubun idman direktoru vəzifəsində çalışıb.
Təbrik edirik!