Samir Əliyevə Qəbələdə sürpriz

"Səbail"in baş məşqçisi Samir Əliyev "Qəbələ" ilə Topaz Premyer Liqasının XXIII tur matçından sonra mətbuat konfransında sürprizlə qarşılaşıb. 
 
 Əliyevə 39 yaşının tamam olması münasibətilə tort təqdim olunub. Tortu ona Sport24.az-ın redaktoru Mehman Süleymanov verib. 
 
Bu, mətbuat konfransında baş məşqçiyə tortun təqdim olunduğu ilk haldır. 
 
Qeyd edək ki, görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.