Azərbaycan millisi finalda
Bədii gimnastika üzrə Azərbaycan milli komandası İtaliyanın Pesaro şəhərində Dünya Kubokunda çıxış edib.
Qrup hərəkətləri proqramında Aliyə Paşayeva, Siyana Vasilyeva, Diana Doman, Zeynəb Hümmətova və Ayşən Bayramova finala yüksəliblər. Onlar 5 halqa ilə təsnifat mərhələsində 17.300 xal toplayaraq 8-ci yeri tutublar.
Final mərhələsində "5-lik" hakimlərdən 17.700 xal alaraq 4-cü olub. Fərdi proqramda isə Zöhrə Ağamirova və Veronika Hudis çıxış edib. Onlardan ən yaxşı nəticəni Ağamirova lentlə nümayiş etdirib. O, 51 iştirakçı arasında 12-ci yeri tutub.