Atasından Mahir Mədətov açıqlaması

Topaz Premyer Liqasının XXIII turunda səfərdə "Kəpəz"lə matçın iştirak ərizəsinə salınmayan "Qarabağ"ın futbolçusu Mahir Mədətov evəzedici heyətdə də oyuna çıxmayıb.
 
21 yaşlı futbolçu əzəzedicilərin çempionatında "Kəpəz"lə 0:0 hesablı heç-heçə ilə nəticələnmiş görüşdə də meydanda olmayıb. Əsa komandaların görüşündə isə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov hücumçunun yaxşı formada olmadığını əsas gətirərək ona şans verməyib.
 
Atası Anar Mədətov Sportnet.az-a açıqlamasında Mahir Mədətovun komanda ilə birgə məşqlərə qatıldığını və əvəzedici heyətə göndərilməsi xəbərinin həqiqətə uyğun olmadığını deyib. O, cəza ilə bağlı ətraflı açıqlamanı klubdan öyrənməyin vacibliyini dilə gətirib. 
 
Qeyd edək ki, Mahir Mədətovun əvəzedici heyətə göndərildiyi barədə məlumat yayılmışdı.