"Neftçi" azarkeşlərə çağırış etdi - VİDEO

"Neftçi" klubu "Qəbələ" ilə keçirəcəyi futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündən əvvəl azarkeşlərə müraciət edib. 
 
"Ağ-qaralar" bununla bağlı promo-video hazırlayıb. Videoda fanatlara "4 illik titul həsrətini birgə bitirək" və "Finala birlikdə yüksələk" çağırışları əksini tapıb. 
 
"Neftçi"nin vitse-prezidenti Elnur Eyvazov "Report"a bildirib ki, komanda həlledici görüşdə azarkeşlərdən 90 dəqiqə dəstək gözləyir: "Neftçi" hər zaman azarkeşlərin dəstəyinə arxalanıb və bu gün də azarkeş dəstəyi komanda üçün həlledici amildir. Sabah vacib görüşdür və səfər oyununda qazanılan üstünlükdən istifadə edərək "Neftçi" finala adlamağı qarşısına məqsəd qoyub".
 
Promo-videoda futbolçulardan Mirabdulla Abbasov və Rəhman Hacıyevlə yanaşı, neftçilər də yer alıb. 
 
Qeyd edək ki, aprelin 18-də "Bakcell Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq. "Neftçi” səfərdəki ilk matçda 2:1 hesablı qələbə qazanıb.