"Zirə" Türkiyə toplanışını davam etdirir
Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” hazırlığını davam etdirir. Olimpsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Bolu hazırlığının 3-cü günündə iki dəfə məşq edib. Səhər məşqində əsasən dözümlülük üzərində çalışıblar. Axşam məşqi bir qədər fərqli olub. Baş məşqçi Adil Şükürov taktiki-texniki çalışmalara üstünlük verib. Sonda isə ikitərəfli oyun keçirilib.