Böyükağa Hacıyev - 60

Bu gün "Neftçi” və "Bakı" klublarının sabiq baş məşqçisi Böyükağa Hacıyevin doğum günüdür.
 
1958-ci ildə dünyaya gəlmiş Hacıyev 2006-2007-ci illərdə "Bakı"da, 2011 - 2013 və 2014-cü illərdə "Neftçi”də çalışıb. Bu müddət ərzində o, "Bakı"ya 2006-cı, "Neftçi"yə isə 2012 və 2013-cü illərdə ölkə çempionluğu, eləcə də flaqmana 2013 və 2014-cü illərdə kuboku qazandırıb. Təcrübəli mütəxəssis "Neftçi”ni Azərbaycan futbolu tarixində ilk dəfə 2012-ci ildə Avropa Liqasının qrup mərhələsinə yüksəldib.
 
Böyükağa Hacıyev bu il martın 16-da vəfat edib. 
 
Allah rəhmət eləsin...