"Liverpul" klubu daha bir tranfer gerçəkləşdirdi

“Liverpul” klubu heyətinə yeni futbolçu qatıb. Olimpsport.az saytı xəbər verir ki, “mersisaydlılar” “Nyukasl”dan Corcinyo Veynaldumu transfer ediblər. Premyer Liqa klubu 26 yaşlı yarımmüdafiəçinin keçidinə görə 30 milyon avro xərcləyib. 

 

Qeyd edək ki, karyerası ərzində “Feyenord” və PSV klublarının da formasını geyinmiş Veynaldum 2011-ci ildən Hollandiya yığmasının da üzvüdü.