Hava limanı və otel Ronaldonun adını daşıyacaq - FOTOLAR

Madeyra adasının hava limanı ulduz futbolçu “Real”ının və Portuqaliya yığmasının oyunçusu Kriştianu Ronaldo adını daşıyacaq.

Olimpsport.az xəbər verir ki, bu barədə Madeyra Regional Hökumətinin sədri Migel Albukerke məlumat verib. O bildirib ki, Ronaldo Madeyranın şəhəri olan Funşalda anadan olduğundan, bu addımı atmağa qərar verilib.

 

Qeyd edək ki, Ronaldo doğma şəhəri olan Funşala səfər edərək, yeni inşa olunan 5 ulduzlu otelinin açılışına qatılıb.