Qurbanovun mətbuat konfransında həssas anlar: "Məhz buna görə sənə qızıl medalı hədiyyə etdim” - FOTO

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Topaz Premyer Liqanın 24-cü turunun “Sumqayıt”la matçından sonra (1:0) keçirdiyi mətbuat konfransında maraqlı hadisə yaşanıb. Konfransda iştirak eədn fiziki məhdudiyyəti olan jurnalist Orxan Əliyev belə bir sual ünvanlayıb: “İki il əvvəl “Qarabağ” dalbadal üçüncü çempionluğu qazananda siz öz qızıl medalınızı mənə verdiniz. O vaxt çoxları belə düşünürdü ki, Qurban Qurbanovun əlilə yazığı gəlib. Yaxud kimlərsə deyirdi ki, Qurban Qurbanov bununla özünə xal yığır. Əlbəttə, bu, belə deyil. Amma mənə maraqlıdı, niyə siz o vaxt qızıl medalınızı mənə hədiyyə etdiniz?”

 

Bu suala “Qarabağ”ın 46 yaşlı baş məşqçisi belə cavab verib: “Qısa deyəcəyəm. Düşünürəm ki, sən “Qarabağ”ın azarkeşisən. Buna görə də mən səni sevir və hörmət edirəm. Məhz buna görə də sənə həmin medalı hədiyyə etdim”.

 

Qurbanovla jurnalist arasındakı bu dialoq alqışlara səbəb olub.