Azad Rəhimov nazir postunda qaldı
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.
Gənclər və idman naziri Azad Rəhimov postunda qalıb.
Qeyd edək ki, A.Rəhimov 7 fevral 2006-cı ildən bu vəzifəni icra edir. Onun Bakı şəhər İcra Hakimiyyətinin başçısı təyin olunacağı xəbərləri yayılmışdı.