"Sumqayıt"ın MŞ üzvü nazir təyin edildi

"Sumqayıt" klubunun Müşahidə Şurasınn üzvü Muxtar Babayev Ekologiya və Təbii sərvətlər naziri təyin edilib. 
 
Bununla bağlı Ölkə Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
 
Qeyd edək ki, Muxtar Babayev Sumqayıt 43 saylı üçüncü seçki dairəsindən Milli Məclisə deputat seçilib.
 
7 noyabr 2010-cu ildə keçirilmiş parlament seçkilərində 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 2010-cu ilin dekabr ayında isə  Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü seçilib.