Azad Əzizov növbəti döyüşünü keçirdəcək

Aprelin ayının 28-də Almaniyada peşəkar boks arenasında rinqə yenidən Azərbaycan bayrağı çıxarılacaq.

4 qat dünya və avropa çempionu, peşəkar boksçumuz Azad Əzizov Azərbaycan bayrağı altında növbəti döyüşünü keçirəcək. Titullu idmançımızın rəqibi Bosniya və Hersoqovinanın təcrübəli və tanınmış boksçu Miloş Yanyanin olacaq. Döyüşün təşkilatçısı Anar Axundzadənin meneceri olduğu, Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən "Odlar Yurdu" boks klubudur. Hazırda Almaniyada müntəzəm olaraq qarşılaşmaya hazırlaşan Azad Əzizov bu döyüşünü aprel şəhidlərimizə və Azərbaycan Cumhüriyyətinin 100 illiyinə həsr edir. Qeyd edək ki, beynəlxalq statuslu bu yarış Aprel ayının 28-də, saat 17:30-da zəngin boks ənənələri olan Bavariyanın Kempten şəhərində keçiriləcək.