Pley-offa ilk addım

Sabah avrokuboklarda növbəti oyun həftəsinə start veriləcək. Olimpsport.az saytının məlumatına görə, III təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində 44 qarşılaşma baş tutacaq.

 

İlk oyun günündə Çempionlar Liqasında 9 qarşılaşma baş tutacaq. Azərbaycan çempionu “Qarabağ” da növbəti matçına çıxacaq. Təmsilçimiz Çexiyanın Plzen şəhərində yerli “Viktoriya”nın qonağı olacaq.

 

Ertəsi gün qitənin ən nüfuzlu klub turnirində daha 6 matç keçiriləcək. Bu turnirdə baş tutacaq qarşılaşmalar Azərbaycan azarkeşləri üçün də böyük maraq doğurur. Çünki komandalarımızın potensial rəqibləri də həmin qarşılaşmalarda bəlli olacaq.

 

Belə ki, “Qarabağ” mərhələ keçsə, Çempionlar Liqasının pley-offunda görüşə biləcəyi 9 komandanın hamısı qarşıdakı iki gündə bəlli olacaq. Söhbət 15 cütdən – 10-dan, Çempionlar yolu üzrə mübarizə aparanlardan gedir. Təmsilçimiz uduzub, Avropa Liqasının pley-offuna yollanası olsa, qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandıran digər 14 komanda potensial rəqiblərimiz olacaq.

 

Çempionlar Liqasında uduzacaq 15 komanda “Qəbələ”nin də potensial rəqibi ola bilər. Bunun üçün təmsilçimizin özü də Fransa “Lill”ini keçməlidi. “Qırmızı-qaralar” iyulun 28-də Avropa Liqasının baş tutacaq 29 matçından birində gücünü sınayacaq. Digər 28 cütdə də təmsilçilərimizin mümkün rəqibləri bilinəcək.

 

Çempionlar Liqası

III təsnifat mərhələsi

26 iyul

 

22:00. BATE (Belarus) - “Dandalk” (İrlanaiya)

22:00. “Ludoqorets” (Bolqarıstan) - “Srvena Zvezda” (Serbiya)

22:00. “Partizani” (Albaniya) - “Zalsburq” (Avstriya)

22:00. “Sparta” (Çexiya) - “Styaua” (Rumıniya)

22:15. “Viktoriya” (Çexiya) - “Qarabağ” (Azərbaycan)

22:30. “Rostov” (Rusiya) - “Anderlext” (Belçika)

22:45. “Şaxtyor” (Ukrayna) - “Yanq Boyz” (İsveçrə)

22:45. “Dinamo” (Zaqreb, Xorvatiya) - “Dinamo” (Tiflis, Gürcüstan)

22:45. “Ayaks” (Hollandiya) - PAOK (Yunanıstan)

 

27 iyul

 

18:00. “Astana” (Qazaxıstan) - “Seltik” (Şotlandiya)

21:15. “Rusenborq” (Norveç) -  APOEL (Kipr)

21:30. “Astra” (Rumıniya) - “Kopenhagen” (Danimarka)

22:30. “Trençin” (Slovakiya) - “Legiya” (Polşa)

22:30.  “Fənərbaxça” (Türkiyə) -   “Monako” (Fransa)

22:45.  “Olimpiakos” (Yunanıstan) – “Hapoel” (Beyer-Şeva, İsrail)

 

Avropa Liqası

III təsnifat mərhələsi

28 iyul

 

19:00. AEK (Kipr) - “Spartak” M (Rusiya)

20:30. “Aleksandriya” (Ukrayna) - “Hayduk” (Xorvatiya)

20:45. “Herakles” (Hollandiya) - “Arouka” (Portuqaliya)

21:00. “Austriya” V (Avstriya) - “Spartak” T (Slovakiya)

21:00. “Höteborq” (İsveç) - HİK (Finlandiya)

21:00. “Lill” (Fransa) - “Qəbələ” (Azərbaycan)

21:00. “Lokomotiv” (Xorvatiya) – “Vorskla” (Ukrayna)

21:00. “Slaviya” (Çexiya) - “Rio Ave” (Portuqaliya)

21:00. “Torpedo” (Belarus) - “Rapid” (Avstriya)

21:00. “Yelqava” (Latviya) - “Beytar” (İsrail)

21:00. “Zaqlebiye” (Polşa) - “Sonderyuske” (Danimarka)

21:30. “Birkirkara” (Malta) - “Krasnodar” (Rusiya)

21:30. “İstanbul Başakşehir” (Türkiyə) - “Riyeka” (Xorvatiya) 

21:45. “Lürsern” (İsveçrə) - “Sassuolo” (İtaliya)

21:45. “Qrasshoppers” (İsveçrə) - “Apollon” (Kipr)

22:00. “Genk” (Belçika) – “Kork Siti” (İrlandiya)

22:00. “Osmanlıspor” (Türkiyə) - “Nomme Kalyu” (Estoniya)

22:00. “Panatinaikos” (Yunanıstan) - AİK (İsveç)

22:00. “Panduri” (Rumıniya) - “Makkabi” Təl-Əviv (İsrail)

22:00. “Şkendiya” (Makedoniya) - “Mlada Boleslav” (Çexiya)

22:00. “Voyvodina” (Serbiya) - “Dinamo” (Belarus)

22:15. “Herta” (Almaniya) -  “Brondbü” (Danimarka)

22:30. “Gent” (Belçika) - “Vitorul” (Rumıniya)

22:30. “Videoton” (Macarıstan) - “Midtyulland” (Danimarka)

22:45. “Aberdin” (Şotlandiya) - “Maribor” (Sloveniya)

22:45. “Alkmaar” (Hollandiya) – “Yannina” (Yunanıstan)

22:45. “Domjale” (Sloveniya) - “Vest Hem” (İngiltərə)

23:00. “Sent-Etyenn” (Fransa) - AEK (Yunanıstan)

23:05. “Admira” (Avstriya) - “Slovan” (Çexiya)(Apasport)