Azərbaycanın qadın güləşi üzrə yığmasının Avropa çempionatı üçün heyəti müəyyənləşib
Rusiyanın Kaspiysk şəhərində keçiriləcək Avropa çempionatı üçün qadın güləşi üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb.
Baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında Mariya Stadnik (50 kq), Anjela Doroqan (53 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq), Səbirə Əliyeva (76 kq) çıxış edəcəklər. Qonşu ölkəyə məşqçi qismində Rövşən Umudovla Andrey Stadnik də yollanacaq.
Qeyd edək ki, qadın güləşçilərin mübarizəsi 2 - 4 mayda olacaq.