"İnter"dən növbəti qələbə

Türkiyədə təlim-məşq toplanışında olan Bakının "İnter" klubu növbəti yoxlama oyunu keçirib.
Olimpsport.az xəbər verir ki, bakılılar bu dəfə "Gənclərbirliyi" ilə qarşılaşıb. Oyun "bankirlər"in 4:0 hesablı qələbəsi ilə başa çatıb.
 
"İnter"in heyətində Samir Zərgərov dubl edib, Fuad Bayramovla  Mirhüseyn Seyidov isə hərəyə bir dəfə fərqlənib.
 
Qeyd edək ki, "İnter" bundan əvvəlki yoxlama matçlarında "Kasımpaşa"ya 2:1 hesabı ilə qalib gəlmiş, "Elazığspor"la qolsuz heç-heçə etmişdi.