Firdovsi Umudov güləşçilərlə görüşdü

Azərbaycan Güləş Federasiyasının 1-ci vitse-prezidenti Firdovsi Umudov ilk yarış günündə yarımfinala vəsiqə qazanmış güləşçilərimizlə görüşüb.
 
O, idmançılara yarımfinal görüşündə uğurlar arzulayıb.
 
Qeyd edək ki, 55 kq çəkidə mübarizə aparan Eldəniz Əzizli Rusiya təmsilçisi Vasili Topoevi 9:7 məğlub edərək finala yüksəlib. Elvin Mürsəliyev və İslam İbbasov da yarımfinal görüşlərini keçirəcək.