Çunayev və Məmmədov finalda, Hüseynovun bürünc şansı

Rusiyanın Kaspiysk şəhərindəki Avropa çempionatında bu gün daha 5 çəki dərəcəsi üzrə yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar. 
 
Ikinci yarış günündə 60 kq, 67 kq, 72 kq, 82 kq və 97 kq çəki dərəcələrində yarışlar keçiriləcək. Azərbaycan təmsilçilərindən dünya çempionu Rəsul Çunayevin ilk görüşü 1/16 final mərhələsinə təsadüf edəcək. Onun rəqibi türkiyəli Murat Dağ olacaq. 
 
Elman Muxtarov, Rafiq Hüseynov və Orxan Nuriyev 1/8 finaldan güləşməyə başlayacaq. Murad Məmmədov isə ilk rəqibini 1/4 finalda gözləyəcək. Vaxtilə Azərbaycan millisində çıxış etmiş və Azərbaycan Güləş Federasiyası ilə problem yaşadığı üçün Türkiyəni təmsil etməyə qərar verən Elçin Əli (Elçin Əliyev) belaruslu Maksim Kajarskiyə qalib gəlsə, növbəti mərhələdə Məmmədovla görüşəcək.  
 
 
60 kq 
FİNAL. Murad Məmmədov - Sergey Emelin (Rusiya)
1/2 final. Murad Məmmədov - Jacopo Sandron (İtaliya) 
1/4 final. Murad Məmmədov - Maksim Kajarski (Belarus)
 
67 kq
Təsəlliverici görüş. Elman Muxtarov - Karen Aslanyan (Ermənistan) 
1/8 final. Elman Muxtarov - Artyom Surkov (Rusiya)
 
72 kq
FİNAL. Adam Kurak (Rusiya) - Rəsul Çunayev
1/2 final. Rəsul Çunayev - Yuri Lomadze (Gürcüstan) 
1/4 final. Daniel Kataraqa (Moldova) - Rəsul Çunayev
1/8 final. Yuri Kankov (Belarus) - Rəsul Çunayev - 0:9
1/16 final. Murat Dağ (Türkiyə) - Rəsul Çunayev 1:4
 
82 kq
Bürünc medal görüşü - Rafiq Hüseynov 
1/2 final Rafiq Hüseynov - Viktar Sasunovski (Belarus)
1/4 final. Zarko Dickov (Serbiya) - Rafiq Hüseynov 1:3
1/8 final. Rafiq Hüseynov - Zurabi Datunaşvili (Gürcüstan)
 
97 kq
1/4 final. Orxan Nuriyev - Mixeil Kajaya (Serbiya) - 1:3
1/8 final. T.Soost (Slovakiya) - Orxan Nuriyev - 0:8
 
 
Qeyd edək ki, ilk yarış günündə Eldəniz Əzizli (55 kq) finala yüksəlib, Elvin Mürsəliyev (77 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal görüşünə çıxacaqlar. Onlar da bu gün çıxış edəcəklər.