Əzizli Avropa çempionu oldu, Mürsəliyev "bürünc" qazandı

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Rusiyanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
 
 55 kq çəki dərəcəsində mübarizə aparan güləşçi həlledici görüşdə Estoniya təmsilçisi Helary Maegissalunu məğlub edib. 
 
O, final görüşündə rəqibini 8:0 hesabı ilə üstələyərək Avropa çempionu olub.
 
77 kq çəkidəki Elvin Mürsəliyev isə bürünc medal qazanıb. O, son görüşündə gürcüstanlı Tornike Camaşvilini yenib. 87 kq çəki dərəcəsində yarışan İslam Abbasov isə bürünc medal görüşündə almaniyalı Denis Kudlaya uduzaraq, 5-ci yerlə kifayətlənib. 
 
Qeyd edək ki, bu gün Rəsul Çunayev (72 kq) və Murad Məmmədov (60 kq) finala vəsiqə qazanıb. Rafiq Hüseynov (82 kq) bürünc medal görüşünə haqq qazanıb. Elman Muxtarov (67 kq) və Orxan Nuriyev (97 kq) təsəlliverici görüşə çıxacaq.
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Bu gün Rusiyanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı start götürüb. 
 
Ilk yarış günündə 55 kq, 63 kq, 77 kq, 87 kq və 130 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri çıxış edirlər. 
 
Azərbaycan təmsilçilərindən Eldəniz Əzizli finala yüksəlib, Elvin Mürsəliyev və İslam Abbasov isə yarımfinalda uduzaraq, ümidlərini bürünc medal görüşünə bağlayıblar. Finala gedən yolda hər 3 güləşçinin rəqibi Rusiya güləşçiləri olub. Bürünc medal qarşılaşmasındakı rəqiblər mayın 1-də keçiriləcək təsəlliverici görüşlərdən sonra müəyyənləşəcək. Sabah həm də final və bürünc medal görüşləri olacaq. 
 
Avropa çempionatı
30 aprel
Yunan-Roma güləşi
55 kq 
 
FİNAL. Eldəniz Əzizli - Helari Megissalu (Estoniya) - 8:0 
1/2 final.  Eldəniz Əzizli - Vasili Topoyev (Rusiya) 
1/4 final. Nuqzari Tsurtsumiya (Gürcüstan) - Eldəniz Əzizli 
 
63 kq 
1/8 final. Levani Kavjaradze (Gürcüstan) - Taleh Məmmədov - 4:0
 
77 kq 
Bürünc medal görüşü. Tornike Camaşvili (Gürcüstan) Elvin Mürsəliyev - 2:6
1/2 final. Elvin Mürsəliyev - Roman Vlasov (Rusiya) - 0:4
1/4 final. Elvin Mürsəliyev - Matuş Lukaş Volni (Polşa) - 7:2
1/8 final. Elvin Mürsəliyev - Rikkardo Vito Abbreşia (İtaliya) - 12:8
 
87 kq 
Bürünc medal görüşü. İslam Abbasov - Denis Kudla (Almaniya) - 1:3
1/2 final. İslam Abbasov - Bekhan Ozdoyev (Rusiya) - 3:4
1/4 final. İslam Abbasov - Viktor Lorinç (Macarıstan) - 3:1
1/8 final. İslam Abbasov - Roman Jernovetski (İsrail) - 9:0
 
130 kq 
1/8 final. Vladislav Voronyi (Ukrayna) - Türmən Eyyubov - 3:0
 

Əzizli Avropa çempionu oldu, Mürsəliyev "bürünc" qazandı - YENİLƏNDİ - FOTOLAR
Əzizli Avropa çempionu oldu, Mürsəliyev "bürünc" qazandı - YENİLƏNDİ - FOTOLAR
Əzizli Avropa çempionu oldu, Mürsəliyev "bürünc" qazandı - YENİLƏNDİ - FOTOLAR
Əzizli Avropa çempionu oldu, Mürsəliyev "bürünc" qazandı - YENİLƏNDİ - FOTOLAR
Əzizli Avropa çempionu oldu, Mürsəliyev "bürünc" qazandı - YENİLƏNDİ - FOTOLAR
Əzizli Avropa çempionu oldu, Mürsəliyev "bürünc" qazandı - YENİLƏNDİ - FOTOLAR