"Lill" - "Qəbələ" matçının hakim təyinatları

Avropa Liqasının III təsnifat mərhələsində baş tutacaq "Lill" - "Qəbələ" matçının hakim təyinatları açıqlanıb.  Olimpsport.az xəbər verir ki, iyulun 28-i Bakı vaxtı ilə saat 21:00-da 50 min 157 tamaşaçı tutumuna malik "Stad Pyer Morua" arenasında keçiriləcək görüşü polşalı hakimlər briqadası idarə edəcək.
 
Baş hakim: Daniel Stefanski
Yan xətt hakimləri: Rafal Rostkovski, David İqor Qolis
Dördüncü hakim: Zbinyu Dobrinin (hamısı Polşa)
UEFA nümayəndəsi: Frank De Blikere (Belçika)
Hakim-inspektor: Pavel Kolev (Bolqarıstan)