Avropa çempionatı: Qadın güləşçilərimiz mübarizəyə başlayır

Rusiyanın Kaspiysk şəhərindəki Avropa çempionatında bu gün qadın güləşçilər mübarizəyə qoşulacaqlar. 
 
Üçüncü yarış günündə 50 kq, 55 kq, 59 kq, 68 kq və 76 kq çəki dərəcələri üzrə yarış gedəcək. Azərbaycan təmsilçilərindən Solmaz Həşimzadə və İrina Netreba ilk görüşündə türkiyəli rəqiblərlə üz-üzə gələcək. Dünya və 6 qat Avropa çempionu Mariya Stadnik Almaniya, Tatyana Omelçenko Bolqarıstan, Səbirə Əliyeva isə Macarıstandan olan rəqiblərlə qarşılaşacaq. 
 
50 kq 
1/8 final - Mariya Stadnik - J.Şellin (GER) 
 
55 kq
1/4 final - Bediha Gün (TUR) - Solmaz Həşimzadə 
 
59 kq 
1/4 final - M.Hristova (BUL) - Tatyana Omelçenko
 
68 kq 
1/8 final - Buse Tosun (TUR) - İrina Netreba 
 
76 kq
1/4 final - Z.Nemeth (HUN) - Səbirə Əliyeva 
 
İlk görüşlər Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.