Çunayevlə Məmmədov Avropa ikincisi oldular! Hüseynovdan bürünc

Rusiyanın Kaspiysk şəhərindəki Avropa çempionatında bu gün daha 5 çəki dərəcəsi üzrə yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar. 
 
Ikinci yarış günündə 60 kq, 67 kq, 72 kq, 82 kq və 97 kq çəki dərəcələrində yarışlar keçirilib.
 
Azərbaycan təmsilçilərindən Rəsul Çunayev 3, Rafiq Hüseynov 2, Murad Məmmədov 1 görüşü qalib başa vuraraq yarımfinala yüksəlib. Finala gedən yolda Məmmədov İtaliya, Çunayev Gürcüstandan olan rəqiblərini üstələyib. Həlledici qarşılaşmada hər iki güləşçinin rəqibi Rusiya təmsilçisi olacaq.
 
Hüseynov belaruslu rəqibinə məğlub olaraq bürünc medal görüşünə haqq qazanıb.
 
Elman Muxtarov (67 kq) və Orxan Nuriyev (97 kq) isə təsəlliverici görüşə çıxacaq.
 
Final görüşləri  Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. 
 
 
60 kq 
FİNAL. Murad Məmmədov - Sergey Emelin (Rusiya) 5:6
 
1/2 final. Murad Məmmədov - Jacopo Sandron (İtaliya) 
1/4 final. Murad Məmmədov - Maksim Kajarski (Belarus)
 
67 kq
Təsəlliverici görüş. Elman Muxtarov - Karen Aslanyan (Ermənistan) - 3:5
1/8 final. Elman Muxtarov - Artyom Surkov (Rusiya)
 
72 kq
FİNAL. Adam Kurak (Rusiya) - Rəsul Çunayev  9:5
 
1/2 final. Rəsul Çunayev - Yuri Lomadze (Gürcüstan) 
1/4 final. Daniel Kataraqa (Moldova) - Rəsul Çunayev
1/8 final. Yuri Kankov (Belarus) - Rəsul Çunayev - 0:9
1/16 final. Murat Dağ (Türkiyə) - Rəsul Çunayev 1:4
 
82 kq
 
Bürünc medal görüşü - Rafiq Hüseynov 3:4
 
1/2 final. Rafiq Hüseynov - Viktar Sasunovski (Belarus)
1/4 final. Zarko Dickov (Serbiya) - Rafiq Hüseynov 1:3
1/8 final. Rafiq Hüseynov - Zurabi Datunaşvili (Gürcüstan)
 
97 kq
Təsəlliverici görüş. Orxan Nuriyev - Balaş Kiss (Macarıstan)
Təsəlliverici görüş. Orxan Nuriyev - Nikolay Bayryakov (Bolqarıstan) - 3:1
1/4 final. Orxan Nuriyev - Mixeil Kajaya (Serbiya) - 1:3
1/8 final. T.Soost (Slovakiya) - Orxan Nuriyev - 0:8
 
Qeyd edək ki, artıq Azərbaycan yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Elvin Mürsəliyev (77 kq) bürünc Murad Məmmədov (60) və Rəsul Çunayev (72 kq) gümüş medal qazanıb.