Rafiq Hüseynov: Qızıl medal üçün gəlmişdim, bürüncə çox sevinmədim... / FOTO-VİDEO

Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.

Yunan-Roma güləşi üzrə 82 kq çəki dərəcəsində bürünc medal qazanan Rafiq Hüseynov çempionat haqqında fikirlərini bölüşüb.