"Zirə" bu gün ilk yoxlama görüşünü keçirəcək

Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" bu gün ilk yoxlama görüşünü keçirəcək.

Olimpsport.az-ın məlumatına görə, Adil Şükürovun komandası Türkiyə PTT 1-ci liqasında mübarizə aparan “Qaziantep BB” klubu ilə qarşılacaq.

"Fənərbaxça"nın Topuk Yaylasında yerləşən təlim bazasında keçiriləcək oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, "Zirə" iyulun 29-da "Göztəpə" ilə üz-üzə gələcək.





25 iyul

Yoxlama oyunu

18:00. "Zirə" (Azərbaycan) - "Qaziantep BB" (Türkiyə)