Stadnik: "8 rəqəmi sonsuzluğun rəmzidir" - VİDEO
Rusiya Federasiyasının Kaspiysk şəhərində keçirilən Avropa çempionatının qalibi olan qadin millimizin lideri Mariya Stadnik (50 kq) final görüşü haqda danışıb:
"Avropa çempionu olmaq olduqca xoşdur. Xüsusən də belə tez (32 saniyə). Qalib gəlməyimə komandam və gərgin məşqlər kömək oldu. Belə tez qələbə isə tam hazırlığın göstəricisidir. Bu rəqiblə dəfələrlə görüşüb qalib gəldiyim üçün psixoloji olaraq da hazır idim. Bu səkkizinci qələbəmdi. 8 isə sonsuzluq rəmzidi. Əvvəlki qələbələrlə müqayisə etsəm deyə bilərəm ki, bu, ən tez qazandığım qələbədi. İndi daha bir final güləşəcək qədər gücüm qalıb. Qarşıda isə Dünya çempionatı var. Artıq həmin yarış haqda düşünmək lazımdı."