Avropa çempionatı: Mariya Stadnik Avropa çempionu oldu! Tatyana və Səbirə bürünc qazandı

Rusiyanın Kaspiysk şəhərindəki Avropa çempionatında qadın güləşçilər mübarizəyə qoşulublar. 
 
Üçüncü yarış günündə 50 kq, 55 kq, 59 kq, 68 kq və 76 kq çəki dərəcələri üzrə yarış gedib. Azərbaycan təmsilçilərindən Solmaz Həşimzadə və İrina Netreba ilk görüşündə türkiyəli rəqiblərlə üz-üzə gəliblər. Dünya və 6 qat Avropa çempionu Mariya Stadnik Almaniya, Tatyana Omelçenko Bolqarıstan, Səbirə Əliyeva isə Macarıstandan olan rəqiblərlə qarşılaşıblar. 
 
50 kq 
FİNAL - Emilia Vuc (Rumıniya) - Mariya Stadnik 0:10
1/2 final - Mariya Stadnik - Kseniya Stankeviç (BLR) 10:0
1/4 final - Mariya Stadnik - Milana Dadaşeva (RUS) 10:0
1/8 final - Mariya Stadnik - J.Şellin (GER) 10:0

55 kq
1/4 final - Bediha Gün (TUR) - Solmaz Həşimzadə 4:0

59 kq 
Bürünc medal görüşü - Tatyana Omelçenko - Katsiaryna Yanuşkeviç (BLR) 12:2
1/4 final - M.Hristova (BUL) - Tatyana Omelçenko 8:3

68 kq 
1/8 final - Buse Tosun (TUR) - İrina Netreba 8:5

76 kq
Bürünc medal görüşü - İrina Pasiçnyk (UKR) - Səbirə Əliyeva 3:6
1/2 final - Səbirə Əliyeva - Yekaterina Bukina (RUS) 0:10
1/4 final - Z.Nemeth (HUN) - Səbirə Əliyeva 6:9