"Sumqayıt" Türkiyə klubuna məğlub oldu

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” klubu  son yoxlama oyununu keçirib.

Olimpsport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda PTT 1-ci liqa təmsilçisi "Giresunspor"la qarşılaşıb.

Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə "Sumqayıt" meydanı 1:2 hesabı ilə məğlub tərk edib. Bu oyunda "Sumqayıt"ın yeganə qolunu Mirabdulla Abbasov vurub.

Qeyd edək ki, "Sumqayıt" artıq bu gün səhər saatlarında Bolunu tərk edərək vətənə yola düşəcək.