AÇ-2018: Elis gümüş, Alyona bürünc qazandı

Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.

Dördüncü yarış günündə 53, 57, 62, 65 və 72 kq çəki dərəcələrində qadın güləşçilər mübarizəyə qoşulub.

57 kq-da mübarizə aparan Alyona Kolesnik ilk görüşündə Türkiyə, ikinci görüşündə ötən ilin Avropa çempionu olan Norveç idmançısını tam üstünlüklə məğlub edərək yarımfinala yüksəlib. Güləşçimizin rəqibi Rusiya təmsilçisi olub. Minimal fərqlə uduzan Alyona Kolesnik bürünc medal görüşünə haqq qazanıb. Onun rəqibi Belarus idmançısı olacaq. 

65 kq-da yarışan Elis Manolova isə macar və çex rəqiblərini mübarizədən kənarlaşdırıb və yarımfinala vəsiqə qazanıb. Yarımfinalda rəqib İsveç idmançısı olub. Rəqinə heç bir şans verməyən Elis finala yüksəlib. Finalda onun rəqibi Finlandiya təmsilçisi Petra Olli olacaq.

53 kq
1/4 final - Maria Preovolaraki (GRE) - Anjela Doroqan 10:4


57 kq 
Bürünc medal görüşü - Zalina Sidakova (BLR) - Alyona Kolesnik 0:4 (tuşe)
1/2 final - İrina Ologonova (RUS) - Alyona Kolesnik 3:2
1/4 final - Grace Jacob Bullen (NOR) - Alyona Kolesnik 0:10
1/8 final - Melika Öztürk (TUR) - Alyona Kolesnik 0:6 (tuşe)

62 kq
1/8 final - Veranika İvanova (BLR) - Elmira Qəmbərova 6:4

65 kq 
FİNAL - Petra Olli (FİN) - Elis Manolova 3-1
1/2 final - Elis Manolova - Henna Katarina Johansson (SWE) 6:1
1/4 final - Adela Hanzlickova (CZE) - Elis Manolova 1:4
1/8 final - Elis Manolova - Gabriella Sleisz (HUN) 3:0