Basketbolçuların mükafatlandırma mərasimi baş tutacaq

İyulun 27-də Milli Olimpiyə Komitəsində (MOK) Avropa birinciliyində uğurla çıxış edən U-18 və U-16 basketbol yığmalarımızın federasiyanın prezidenti ilə görüşü və onların mükafatlandırılma mərasimi olacaq. Tədbir saat 12.00-da başlayacaq.