Aslan Ağayev: "5 medalla yeni bir rekord vurduq" - VİDEO
Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.
Qadın güləşi üzrə yığma komandamız 1 qızıl, 1 gümüş və 3 bürünc medalla Avropa çempionatını dördüncü sırada tamamlayıb. Qadın güləşi tariximizdə ilk dəfə Avropa çempionatını beş medalla başa vuran komandamızın baş məşqçisi Aslan Ağayev yarışın yekunlarını və qarşıdakı hədəflərindən danışıb.