AÇ - 2018: Günün nəticələri - YENİLƏNİR

Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.

Yarışın altıncı günündə 61, 74, 86, 92 və 125 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçilər qüvvələrini sınayır. 

Mübarizəyə 1/4 finaldan qoşulan Mircəlal Həsənzadə (61 kq) və Şərif Şərifov (92 kq) rəqiblərini tam üstünlüklə məğlub edərək yarımfinala vəsiqə qazanıb. 

86 kq-da yarışan Aleksandr Qostiyev Bolqarıstan və Almaniyadan olan rəqiblərinə qalib gələrək yarımfinala yüksəlib. 

61 kq
1/2 final - Mircəlal Həsənzadə - Beka Lomtadze (GEO) 0-12
1/4 final - Rendi Vok (SUI) - Mircəlal Həsənzadə 0:10

74 kq
1/8 final - Coşqun Əzimov - Andrius Mazeyka (LTU) 6:8

86 kq
1/2 final - Aleksandr Qostiyev - Sandro Aminaşvili (GEO) 
1/4 final - Aleksandr Qostiyev - Ahmed Dudarov (GER) 6:0
1/8 final - Aleksandr Qostiyev - Mehmet Remiz Qazi (BUL) 10:0

92 kq
1/2 final - Şərif Şərifov - Serdar Böke (TUR) 
1/4 final - Nikolay Ceban (MDA) - Şərif Şərifov 0:10 

125 kq
1/4 final - Cəmaləddin Məhəmmədov - Taha Akgül (TUR) 2:4