AÇ - 2018: Mircəlal yarımfinalda uduzdu

Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.

Yarışın altıncı günündə 61, 74, 86, 92 və 125 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçilər qüvvələrini sınayır. 

Mübarizəyə 1/4 finaldan qoşulan Mircəlal Həsənzadə (61 kq)  rəqiblərini tam üstünlüklə məğlub edərək yarımfinala vəsiqə qazanıb. 

Burada isə o, gürcü həmkarı Beka Lomtadze uduzub (0-12). Həsənzadə sabah bürünc uğrunda güləşəcək.