AÇ - 2018: Qostiyev finalda!

Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.

Yarışın altıncı günündə 61, 74, 86, 92 və 125 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçilər qüvvələrini sınayır. 

Mübarizəyə 1/8 finaldan qoşulan Aleksandr Qostiyev (86 kq)  rəqiblərini məğlub edərək yarımfinala vəsiqə qazanıb. 

Qostiyev yarmfinal görüşündə gürcü rəqibi Sandro Aminaşvilini məğlub edərək (6-0) finala vəsiqə qazanıb.