AÇ - 2018: Şərif Şərifov da FİNALDA!

Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.

Yarışın altıncı günündə 61, 74, 86, 92 və 125 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçilər qüvvələrini sınayır. 

Mübarizəyə 1/4 finaldan qoşulan Şərif Şərifov (92 kq) rəqiblərini tam üstünlüklə məğlub edərək yarımfinala vəsiqə qazanıb. 

Yarımfinalda türk güləşçi Serdar Bökeni tam üstünlüklə yenən Şərif finala adlayıb.