AÇ - 2018: Sərbəst güləşçilərin ilk qızılını Azərbaycan qazandı
Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.
Dünən 57, 65, 70, 79 və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub.
57 kq-da mübarizə aparan Georgi Edişeraşvili ardıcıl olaraq Bolqarıstan və Ermənistan təmsilçilərini tam üstünlüklə məğlub edib və yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Belarus idmançısına da qalib gələn idmançımız finala yüksəlib. Həlledici görüşdə onun rəqibi Rusiya təmsilçisi olub.
57 kq
FİNAL - Zavur Uguiev (RUS) - Georgi Edişeraşvili 3-5
1/2 final - Vladislav Andreyeu (BLR) - Georgi Edişeraşvili 1:4
1/4 final - Georgi Edişeraşvili - Miqran Jaburyan (ARM) 10:0
1/8 final - Georgi Edişeraşvili - Mikyay Salim Naim (BUL) 10:0