AÇ - 2018: Hacı Əliyev Avropa Çempionu oldu!

Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.

Dünən  57, 65, 70, 79 və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub. 

65 kq çəkidə yarışan Hacı Əliyev Avstriya, Türkiyə və Sloveniya təmsilçilərini məğlub edərək finala yüksəlib. Finalda Hacının rəqibi Rusiya idmançısı olub.

65 kq
FİNAL - Hacı Əliyev - İlyas Bekbulatov (RUS) 8:7
1/2 final - David Habat (SLO) - Hacı Əliyev 0:3
1/4 final - Selahattin Kılıçsallayan (TUR) - Hacı Əliyev 2:9
1/8 final - Hacı Əliyev - Qabriel Yanatş (AUT) 10:0 (49 san.)