AÇ - 2018: Günün üçüncü medalını qazandıq

Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.

Dünən  57, 65, 70, 79 və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub. 

70 kq-da yarışan Murtuz Müslümov Almaniya və Bolqarıstan idmançılarına qalib gələrək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda güləşçimiz Polşa təmsilçisi ilə gərgin keçən görüşdə minimal fərqlə uduzub və bürünc medal görüşünə çıxıb.

70 kq
Bürünc medal görüşü - Azamat Nurikau (BLR) - Murtuz Müslümov 2:9
1/2 final - Murtuz Müslümov - Maqomedmurad Qadjiyev (POL) 2:3
1/4 final - Miroslav Kirov (BUL) - Murtuz Müslümov 2:7
1/8 final - Aleksandr Semisorov (GER) - Murtuz Müslümov 8:9