Biz "Qarabağ"ı təhlil etmişik
Qarabağ"la oyun mənim bu komandada debütüm olacaq. Bu görüş hamımız üçün mühüm əhəmiyyət kəsb edir. Əsas odur ki, əlimizdən gələni edək".
Olimpsport.az-ın məlumatına görə, bu sözləri "Viktoriya"nın baş məşqçisi Roman Pivarnik klubun rəsmi saytına açıqlamasında deyib.
Pivarnik Çempionlar Liqasının III təsnifat mərhələsində bu gün qarşılaşacaqları "Qarabağ" haqda kifayət qədər məlumat topladıqlarını bildirib:
"Biz komandanı rəqibi məğlub edə bilmək üçün hazırlamağa çalışmışıq. Bizim balanslaşdırılmış heyətimiz var. Əsas heyətdə oynamağa layiqli futbolçularımız çoxdur. Ancaq bunlardan yalnız 11-ni seçməliyik. Biz "Qarabağ"ı təhlil etmişik, onların avrokubok matçlarını izləmişik. Rəqibin son görüşünü canlı izlədim və kifayət qədər məlumata malikəm. "Qarabağ" sabit oynayan komandadır. Öz təcrübəmdən bilirəm ki, azarkeşlər Plzendə önəmli rol oynayır. Burada ab-hava möhtəşəm olur. Mən də səbirsizliklə anşlaq olacağını gözləyirəm".
Qeyd edək ki, bu gün "Dusan Arena"da keçiriləcək "Viktoriya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.