AÇ - 2018: Dördüncü medalı Cəbrayıl qazandı

Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.

Dünən  57, 65, 70, 79 və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub. 

Güləşçimiz Cəbrayıl Həsənov (79 kq) ilk görüşündə Ukrayna, ikinci görüşdə Ermənistan idmançısına qalib gəlib və yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Cəbrayıl Rusiya idmançısı ilə gərgin keçən görüşü uduzub və bürünc medal görüşünə haqq qazanıb. 

79 kq
Bürünc medal görüşü - Muhammet Nuri Kotanoğlu (TUR) - Cəbrayıl Həsənov 4:10
1/2 final - Axmed Qazimaqomedov (RUS) - Cəbrayıl Həsənov 6:4
1/4 final - Varuzhan Kajoyan (ARM) - Cəbrayıl Həsənov 1:6
1/8 final - Cəbrayıl Həsənov - Rüstəm Dudayev (UKR) 8:3