AÇ - 2018: Millimiz beşinci medalı qazandı

Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.

Dünən  57, 65, 70, 79 və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub. 

97 kq-da mübarizə aparan Nurməhəmməd Hacıyev mübarizəyə 1/4 finaldan qoşulub və Ermənistan təmsilçinə qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda Belarus idmançısı ilə gərgin keçən görüşdə hesab bərabər olsa da son xalı rəqib qazandığından görüşün qalibi olub. İdmançımız bürünc medal görüşünə çıxıb.

97 kq

Bürünc medal görüşü - Maqomedqadji Nurov (MKD) - Nurməhəmməd Hacıyev 0:4
1/2 final - Nurməhəmməd Hacıyev - Aliaksandr Huştin (BLR) 7:7*
1/4 final - Nurməhəmməd Hacıyev - Georgi Ketoyev (ARM) 3:0