AÇ - 2018: Mircəlal medalsız qaldı

Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.

Yarışın altıncı günündə 61, 74, 86, 92 və 125 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçilər qüvvələrini sınayır. 

Mübarizəyə 1/4 finaldan qoşulan Mircəlal Həsənzadə (61 kq) rəqiblərini tam üstünlüklə məğlub edərək yarımfinala vəsiqə qazanıb. 

Mircəlal Həsənzadə yarımfinal görüşünü uduzaraq bürünc medal uğrunda görüşə çıxıb. 

61 kq
Bürünc medal görüşü -  İvan Guidea (Rumıniya) - Mircəlal Həsənzadə 2:5
1/2 final - Mircəlal Həsənzadə - Beka Lomtadze (GEO) 0:12
1/4 final - Rendi Vok (SUI) - Mircəlal Həsənzadə 0:10