"Liverpul" futbolçusu Co Alleni "Stok Siti"yə satıb.

"Liverpul" daha bir futbolçu ilə yollarını ayırdı.

Olimpsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, uelsli yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Bu transfer "Stok Siti"yə 13 milyon funt sterlinqə başa gələcək.

Qeyd edək ki, C.Allen Uels millisi ilə "Avro-2016"da iştirak edib. O, turnirin rəmzi komandasında yer alıb.