Nenad Laloviç: "Dünya çempionatını Azərbaycanda keçirtmək olar, amma ..."
Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir.
Yarışların son günündə Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç mətbuat konfransı keçirdib.
Daha sonra O, "olimpsport.az" saytının əməkdaşının da suallarını cavablandırıb.
"Azərbaycanın çox güclü komandası var. Onlar bu Avropa çempionatında da çox yaxşı güləş nümayiş etdirirlər. Düzdür, Azərbaycan Güləş Federasiyasında kiçik problemlər var idi. Artıq bu çətinliklərdə aradan qalxmaqdadı. Əminəm ki, tezliklə bəzi xırda çətinliklər də tam həll olunacaq."
Dünya Çempionatının gələcəkdə Azərbaycanda keçirilə biləcəyinə də toxunan Laloviç, bunun üçün danışıqlar aparmağın vacib olduğunu vurğulayıb.