AÇ - 2018: Qostiyev gümüşlə kifayətləndi

Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.

Yarışın altıncı günündə 61, 74, 86, 92 və 125 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçilər qüvvələrini sınayır. 

86 kq-da yarışan Aleksandr Qostiyev Bolqarıstan və Almaniyadan olan rəqiblərinə qalib gələrək yarımfinala yüksəlib. Gürcüstan idmançısını da məğlub edən təmsilçimiz finala yüksəlib. Həlledici görüşdə Qostiyevin rəqibi Rusiya idmançısı olub. 

86 kq
FİNAL - Aleksandr Qostiyev - Artur Nayfonov (RUS) 1-1*
1/2 final - Aleksandr Qostiyev - Sandro Aminaşvili (GEO) 6:0
1/4 final - Aleksandr Qostiyev - Ahmed Dudarov (GER) 6:0
1/8 final - Aleksandr Qostiyev - Mehmet Remiz Qazi (BUL) 10:0