AÇ - 2018: Şərif Şərifov da gümüş qazandı

Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.

Yarışın altıncı günündə 61, 74, 86, 92 və 125 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçilər qüvvələrini sınayır. 

92 kq-da mübarizə aparan Şərif Şərifov yarımfinalda Türkiyə idmançısına heç bir şans verməyib və finala vəsiqə qazanıb. Həlledici görüşdə onun rəqibi Rusiya idmançısı Abdulraşid Sadullayev olub. 

92 kq
FİNAL - Şərif Şərifov - Abdulraşid Sadullayev (RUS) 1-2
1/2 final - Şərif Şərifov - Serdar Böke (TUR) 10:0
1/4 final - Nikolay Ceban (MDA) - Şərif Şərifov 0:10